ABŞ elan etdi: F35lər bu ölkəyə yerləşdiriləcək

02.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ ordusu Çin təhlükəsinə qarşı çıxmaq üçün 2026-cı ilin yazında yeni nəsil “F-35A” döyüş təyyarələrini Yaponiyaya yerləşdirəcək.

Publika.az xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda artan nüfuzu qarşısında ABŞ Şərqi Asiyadakı müttəfiqi Yaponiyanın hərbi aktivlərini modernləşdirir.

"Kyodo" agentliyinin dövlət mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ ordusu 2026-cı ilin yazında Yaponiyanın “Misawa” aviabazasına “F-35A” döyüş təyyarələri yerləşdirəcək.

Hərbi aviasiya vasitələrinin yerləşdirilməsi çərçivəsində aviabazada dəstək qurğuları, o cümlədən anqarlar da yenilənəcək.

ABŞ Müdafiə Nazirliyi iyul ayında “Misawa” hava bazasında çıxması planlaşdırılan 36 “F-16” döyüş təyyarəsini 48 “F-35A”nın əvəzləyəcəyini açıqlayıb.

Sakit okeandan 4,8 kilometr aralıda yerləşən bazadan Yaponiya Hava Özünümüdafiə Qüvvələri (ASDF) və ABŞ ordusu birgə istifadə edir.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью