Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Tərəfdaşlarımız strateji rəqiblərimizlə əməkdaşlıq etdikdə, onları bu fikirdən daşındırmağa çalışırıq”
Ağ Ev administrasiyası Əlcəzair hökumətinə təsir göstərərək onun Rusiya ilə qarşılıqlı əlaqəsinə mane olmağa çalışır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosunun rəhbəri Robert Palladino Senatın Xarici Əlaqələr Komitəsinin dinləməsində deyib.
"Tərəfdaşlarımız strateji rəqiblərimizlə əməkdaşlıq etdikdə, onları bu fikirdən daşındırmağa çalışırıq. İstər Çin, istərsə də Rusiya olsun, biz buna fəal şəkildə qarşı çıxmalıyıq", - deyə o senatorlardan birinin ABŞ hökumətinin Rusiya və Əlcəzair arasında təhlükəsizlik əməkdaşlığına dair mövqeyi ilə bağlı sualına cavab olaraq bildirib.
"Biz amerikalıları və suverenliyimizi qorumaq üçün daim imkanlar axtarmalıyıq. Biz bunu davam etdirəcəyik", - əlavə edib.
Komitə dinləməsi Şimali Afrikada terrorizmə qarşı mübarizə tədbirlərinə həsr edilib.