Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda ABŞ-ni təmsil edəcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Uitkoff daha əvvəl ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyini açıqlamışdı.
“ABŞ noyabrın 10-11-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi səviyyəsində danışıqlara vasitəçilik edəcək. Bununla da prezident Trampın müharibəyə son qoymaq missiyasını irəli aparacaq”, – deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi “X” sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, danışıqlarda müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması, humanitar səylər və sülhə doğru atılacaq növbəti addımlar müzakirə olunacaq.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Moskvanın Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib.