Icma.az bildirir, Ayna portalına istinadən.
Diviziyanın Yaxın Şərqdəki mövcudluğu 12 ay müddətinə planlaşdırılır
Pentaqon Yaxın Şərqə yerləşdirilən elit 82-ci Hava-Desant Diviziyasının bölmələrini gələn ilə qədər saxlamaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “CBS News” ABŞ rəsmiləri tərəfindən təsdiqlənmiş diviziya komandanlığının göstərişinə istinadən məlumat yayıb.
Sənədə əsasən, diviziyanın Yaxın Şərqdəki mövcudluğu 12 ay müddətinə planlaşdırılır. Davamlı yerləşdirilmənin məqsəd və vəzifələri açıqlanmayıb.
ABŞ mediasının məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı briqada döyüş qrupunun tərkibində Yaxın Şərqə ən azı 2000 diviziya əsgəri yerləşdirilib. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri onların dəqiq yerlərini açıqlamır.