ABŞ emissarları aprelin 23 də Avropa və Kiyevdən olan həmkarları ilə görüşə bilər

21.04.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ emissarları ilə Ukrayna və Avropa nümayəndələri arasındakı görüş, çox güman, aprelin 23-də Londonda baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ı danışıqlarda Dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun təmsil edəcəyi gözlənilir.

Qeyd olunur ki, məsləhətləşmələrdə Böyük Britaniya, Almaniya, Fransanın və xarici işlər naziri və milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində Ukrayna nümayəndələri də iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью