ABŞ ən böyük kəşfiyyat təyyarəsini Avropaya göndərir

15.11.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Britaniya Hava Qüvvələrinin Şotlandiyadakı Lossimut aviabazasında “Boinq P-8A Poseydon” dəniz kəşfiyyat təyyarələrini yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Lossimut bazasının modernləşdirilməsi və yenilənməsi üçün 443 milyon dollar dəyərində layihə tamamlanıb:

“NATO-da ən yaxın müttəfiqlərimizdən biri olan ABŞ qüvvələri ilə daim çiyin-çiyinə fəaliyyət göstəririk. Böyük Britaniyanın bazasında ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz patrul təyyarələrinin olması qüvvələrimizə dəniz təhlükəsizliyini maneəsiz şəkildə təmin etməyə imkan verir, krallığın və NATO-nun müdafiəsini gücləndirməyə kömək edir”.

Qeyd olunur ki, sözügedən baza həmçinin oktyabr ayında imzalanmış ikitərəfli Dərin Müdafiə Tərəfdaşlığı sazişi çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boinq P-8A Poseydon” təyyarələrini də qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью