ABŞ ən böyük təhdid saydığı ölkələri açıqladı

21.03.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ kəşfiyyat icması Vaşinqton üçün milli təhlükəsizlik baxımından ən böyük təhdid hesab edilən ölkələrin siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyetrs” məlumat yayıb.

Məlumata görə, 2026-cı il üçün hazırlanmış xüsusi hesabatda Çin, Rusiya, Şimali Koreya, İran və Pakistan əsas risk mənbələri kimi göstərilib.

Sənəddə bildirilir ki, adı çəkilən ölkələr ABŞ ərazisini vura biləcək həm nüvə, həm də adi başlıqlı raket sistemlərinin hazırlanması üzərində işləyir.

Qeyd olunur ki, bu dövlətlər zərbə dronlarının yayılmasına baxmayaraq, daha çox qabaqcıl raket texnologiyalarına üstünlük verəcək. Vaşinqton hesab edir ki, məhz bu silahlar ABŞ üçün əsas təhlükə yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью