ABŞ ərazisi tezliklə ciddi dərəcədə arta bilər Tramp

26.01.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ ərazisi tezliklə əhəmiyyətli dərəcədə arta bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Yaxın gələcəkdə ölkəmiz çox ciddi inkişaf edə bilər. Tezliklə biz bir ölkə olaraq böyüyə bilərik”, - Tramp bildirib.

Prezident bununla nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, Tramp Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməli olduğunu bildirib. Eyni zamanda Panama kanalını qaytarmaq istəyini ifadə edib, Kanadaya isə "ABŞ-ın 51-ci ştatı olmağı" təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью