ABŞ ərazisini genişləndirəcək Tramp

20.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

ABŞ ərazisini genişləndirəcək və Marsı tədqiq edəcək.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib:

“Birləşmiş Ştatlar bir daha özünü böyüyən, rifahını artıran, ərazisini genişləndirən, şəhərlər salan, ümidləri ilhamlandıran, amerikalı astronavtları göndərməklə bayrağını Mars planetinə qədər yeni üfüqlərə daşıyan, öz taleyinin ardınca gedən bir dövlət kimi görəcək".

Tramp vurğulayıb ki, prioritet azad, firavan xalq yaratmaqdır və Amerika tezliklə daha böyük, daha güclü olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью