ABŞ erməniləri həyəcanlandırdı İrəvan “oradan təcili çıxın” dedi

14.04.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı bəyanat ictimaiyyətdə narahatlıq doğurub. 

Globalinfo.az xəbər verir ki, bəyanatda İrəvan hökumətinə çağırış edilərək qeyri-qanuni yollarla ABŞ-a köçən və burada yaşayan ermənilərin könüllü şəkildə ölkədən çıxmaları üçün hərəkətə keçməli olduqları qeyd edilir.

Səfirliyin “Facebook” səhifəsində paylaşılan bəyanatda hökumətin həmin şəxsləri könüllü şəkildə ABŞ-dan çıxmağa təşviq etməli olduğu vurğulanır:

“Əgər Amerika Birləşmiş Ştatlarında qeyri-qanuni şəkildə yaşayan birini tanıyırsınızsa, hökumət orqanları onları tapmamışdan əvvəl ölkəni könüllü şəkildə tərk etməli olduqlarını bildirin. Onları buna təşviq edin. Hər kəsə verilən mesaj aydındır: düzgün seçim edin, qanuna uyğun davranın, ailənizi və gələcəyinizi təhlükəyə atmayın”.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-da qeyri-qanuni yollarla miqrasiya edən müxtəlif ölkələrdən olan minlərlə şəxs deportasiya olunub. Onların arasında ermənilər də var. 2023-cü ilin sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra Qarabağdan Ermənistana köçənlərin əksəriyyətinin son iki ildə müxtəlif xarici ölkələrə getdiyi, onların əsas seçiminin isə ABŞ olduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью