ABŞ Ermənistana “Toyota Prado” avtomobilləri bağışlayır...

20.11.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Dövlət Departamenti Ermənistanın sərhəd təhlükəsizliyi və ixrac nəzarəti proqramı çərçivəsində İrəvana yeni avtomobillər bağışlayır. Hökumətin bugünkü iclasının gündəliyinə daxil edilmiş sənədə görə, Ermənistan ümumilikdə 10 ədəd “Toyota” markalı avtomobil əldə edəcək və onlar Milli Təhlükəsizlik Xidmətinə (AŞ) təhkim olunacaq.

Məlumata əsasən, Ermənistana veriləcək nəqliyyat vasitələri 2025-ci il istehsalı olan “Toyota Fortuner”, “Toyota Prado” və “Toyota Hiace” modelləridir. Hədiyyə paketinin ümumi dəyəri 500 min ABŞ dollarını keçir.

Rəsmi izaha görə, bu avtomobillər AŞ-nin sərhəd qoşunları tərəfindən operativ fəaliyyətlərdə və sərhəd təhlükəsizliyinin gücləndirilməsində istifadə olunacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью