ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərir

14.01.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Birləşmiş Ştatlar gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.

“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью