Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında saziş bu iki ölkənin strateji müttəfiq olacağı anlamına gəlmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
Onun sözlərinə görə, Co Bayden administrasiyası ilə imzalanacaq bu sazişi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla reallaşdırmaq çətin olacaq: “Bu gün Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının başlanması elan ediləcək.
Bu sənəd bir sıra sahələrdə münasibətlərin dərinləşdirilməsini nəzərdə tutur.
Bu, strateji dialoq statusunun məntiqi davamıdır, xatırladım ki, hələ 2009-cu ildə bu çərçivədə ABŞ ilə strateji tərəfdaş statusu vardı, o statusun da nə olduğunu hamımız bilirik.
Birincisi, anlamaq lazımdır ki, strateji tərəfdaşlıq ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik demək deyil.
ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək, hərbi yardım göstərməyəcək, yardım kimi silah-sursat satmayacaq və ya təmin etməyəcək.