ABŞ əsgərləri Suriyadan geri çəkilməyəcək Açıqlama

11.12.2024

Icma.az bildirir, Metbuat portalına istinadən.

Əsəd rejiminin devrilməsindən sonra ABŞ əsgərləri Suriyadan geri çəkilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer açıqlama verib. O ABŞ-ın bölgədəki hərbi varlığı ilə bağlı diqqətçəkən ifadələr səsləndirib. Con Finerin sözlərinə görə, ABŞ əsgərləri çox xüsusi və əhəmiyyətli bir səbəbdən oradadırlar. Amerikalı rəsminin iddiasına görə, əsgərlər İŞİD-ə qarşı döyüşmək üçün Suriyadadır və ABŞ hələ də bu missiyaya sadiqdir.

Finer ABŞ əsgərlərinin Suriyada qalıb-qalmayacağı ilə bağlı suala cavabında bildirib ki, Vaşinqtonun hərbçiləri geri çəkmək planı yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью