ABŞ əsgərlərini çəksin: Türkiyə ordusu girəcək! Fidan

06.03.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Biz Trampın Amerika qoşunlarını Suriyadan çıxarmasını gözləyirik.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə koalisiya yaradacağıq.

ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью