ABŞ əsgərlərini Ermənistana göndərir Tarix açıqlandı KONKRET

03.03.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ gömrük və sərhəd mühafizə komandasının Ermənistana gəlməsi istiqamətində işlər davam edir”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

“Bütün ABŞ administrasiyada dəyişiklik oldu. Bu tənzimləmələr davam edir, bunu unutmayın”, – deyə Ovannisyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xatırladaq ki, yanvar ayında ABŞ-ın o zamankı dövlət katibi Entoni Blinken Ermənistan-ABŞ strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində, Amerikanın gömrük və sərhəd təhlükəsizliyi komandasının sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək üçün yaxın həftələrdə Ermənistana gedəcəyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью