ABŞ əsilli kardinal Robert Frensis Prevost yeni Papa oldu

08.05.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kardinal Robert Francis Prevost yeni Roma Papası seçilib. Onun adını Müqəddəs Pyotr Bazilikasının eyvanından kardinal Dominik Mamberti oxuyub.

Pontifik tezliklə Müqəddəs Pyotr meydanına toplaşan insanlar qarşısında ilk çıxışını edəcək.

The New York Times xəbər verdiyi kimi, 69 yaşlı Prevost Çikaqoludur və uzun müddət Peruda xidmət etmişdir.

Daha əvvəl bildirilmişdi ki, Sikstin kapellasının bacasından ağ tüstü gəlir ki, bu da yeni Papanın seçilməsi deməkdir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью