Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ yaxın vaxtlarda Estoniyaya yeni hərbi kontingent göndərməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Nyu-Yorkda Estoniyanın ERR telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ABŞ qoşunlarının rotasiyasına yenidən baxıldıqdan sonra amerikalı hərbçilərin Estoniyada qalması qərara alınıb. O qeyd edib ki, yaxın vaxtlarda ölkədə yeni rotasiya həyata keçiriləcək.
Tsahkna bildirib ki, Vaşinqton Estoniyaya ölkə ərazisində yerləşdirilən ABŞ hərbçilərinin çıxarılmasına baxmayaraq, vəziyyətə sakit yanaşmağın vacibliyini çatdırıb.
Estoniya tərəfi ABŞ-yə Latviya, Litva, Estoniya və Polşada Amerika hərbçilərinin yerləşdirilməsinin sabitliyin və sülhün təmin olunması, həmçinin çəkindirmə amili baxımından vacib olduğuna dair arqumentlər təqdim edib.
Nazir əlavə edib ki, zərurət yaranacağı təqdirdə Estoniya ölkədə ABŞ hərbçilərinin saxlanılması ilə bağlı xərcləri qarşılamağa hazırdır.
Estoniyanın Müdafiə Nazirliyi də ABŞ nümayəndələrinin amerikalı hərbçilərin rotasiya əsaslı iştirakının tezliklə bərpa olunacağı və yeni bölmənin bu ilin noyabrında ölkəyə gələcəyi barədə məlumat verdiyini təsdiqləyib.
NURİYYƏ