ABŞ etiraf etməyə məcbur oldu Bildiriş almışdıq

21.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Rusiyadan “Oreşnik” hipersəs raketinin buraxılışından az əvvəl bildiriş alıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Birləşmiş Ştatlara Nüvə Təhlükəsinin Azaldılması Kanalı vasitəsilə raket buraxılışından qısa müddət əvvəl məlumat verilib", - deyə o bildirib. 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Nüvə Riskinin Azaldılması üzrə Milli Mərkəzin (NTCUN) vasitəsilə "Oreşnik" hipersəs raketinin buraxılması ilə bağlı ABŞ-yə 30 dəqiqə əvvəldən avtomatik xəbərdarlıq edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью