ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər

28.11.2026

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Fars körfəzi bölgəsində yerləşən hərbi qüvvələri İrandan daha uzağa - İsrail və İordaniyadakı bazalara köçürə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Xüsusən Amerika hərbi qulluqçularının əvvəllər ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığına (CENTCOM) tabe olan 5-ci operativ donanmanın ön qərargahının yerləşdiyi Bəhreyndəki bazanı tərk edəcəyi gözlənilir.

Əvvəllər orada 8 000-dən çox hərbçi yerləşirdi. Lakin müharibə zamanı İranın davamlı zərbələri və sonrakı döyüş əməliyyatları səbəbindən baza faktiki olaraq boşdur. Onun gələcəyi qeyri-müəyyəndir, lakin ABŞ ordusu qonşu İranın hədəfində olmaq istəmir.

İsrail və İordaniyaya gəldikdə isə, hazırda orada böyük Amerika qoşunu, o cümlədən ABŞ-nin Yaxın Şərqdəki döyüş təyyarələrinin, hava və raketdən müdafiə sistemlərinin əsas hissəsi cəmləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью