ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini yenidən endirib

10.12.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik 3,5 - 3,75% aralığına endirib.

"Report" xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.

Bundan başqa, 2025-ci ildə ölkədə ÜDM-in artımı proqnozu da 1,6%-dən 1,7%-ə qədər artırılıb.

Eyni zamanda inflyasiya proqnozu 3%-dən 2,9%-ə endirilib. Federal Ehtiyat Sistemi işsizlik proqnozunu 4,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, 29 oktyabrda ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 3,75-4% aralığına endirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью