Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas ardıcıl ikinci ildir ki, qarşıdan gələn BMT Baş Assambleyasında şəxsən iştirak edə bilməyəcək.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, ümumi müzakirələr 22-28 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. ABŞ növbəti dəfə Fələstin nümayəndə heyətinin nümayəndələrinə viza verməkdən imtina edib.
Dövlət Departamentinin açıqlamasında Mahmud Abbasın adını çəkmədən bildirilir ki, ABŞ-yə verdiyi öhdəliklərə zidd olaraq islahatlar apara bilmədikləri və sülh perspektivlərini sarsıdan fəaliyyətlərini davam etdirdikləri üçün ABŞ Fələstin Azadlıq Təşkilatının üzvlərinə və Fələstin Muxtariyyətinin rəsmilərinə viza qadağan edən sanksiyalar tətbiq edəcək.
Aydın