Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Söhbət Rusiyanın illik büdcəsinin 43%-nə bərabər olan məbləğdən gedir Noble Capital
Rusiya Federasiyasına, Rusiya Maliyyə Nazirliyinə, Rusiya Federasiyası Mərkəzi Bankına və Milli Rifah Fonduna qarşı qaldırılan iddia Kolumbi
Bu barədə hökumətyönlü Rusiya xəbər agentliyi RBC məlumat verib.
"Rusiya Federasiyası hakimiyyətin davamlılığı doktrinasını pozaraq, sələfi Rusiya İmperiyasının dövlət borcları üzrə müəyyən öhdəlikləri yerinə yetirməkdən imtina edib və imtina etməyə davam edir", - deyə iddiada bildirilir.
Nord Capital RSD, 1916-cı ildə buraxılmış və Nyu-York Milli Şəhər Bankı (indiki Citibank) vasitəsilə yerləşdirilən 5,5% faiz dərəcəsi ilə 25 milyon dollarlıq Rusiya İmperiyası istiqrazlarının qanuni sahibi olduğunu iddia edir.
İddiaçı vurğulayır ki, SSRİ-nin hüquqi varisi olaraq Rusiya, faizlər də daxil olmaqla, ən azı 225,8 milyard dollar (cari məzənnə ilə 17,5 trilyon rubl) məbləğində borcları miras alıb.
Bu məbləğ Rusiyanın illik büdcəsinin 43%-nə (40,2 trilyon rubl) bərabərdir və Sberbank, Qazprom və Rosneft-in ümumi bazar dəyərindən (müvafiq olaraq 6,5 trilyon, 2,9 trilyon və 4,2 trilyon rubl) çoxdur.
Fond 2022-ci ildə dondurulmuş Rusiyanın aktivlərindən istifadə edərək borcu ödəməyi təklif edir.