ABŞ, Fransa və Ukrayna liderlərinin üçtərəfli iclası 20 dəqiqə çəkdi

07.12.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Parisdə Fransa prezidenti Emmanuel Makron, Ukrayna lideri Volodimir Zelenski və ABŞ-nin gələcək rəhbəri Donald Tramp arasında üçtərəfli görüş başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, siyasətçilər təxminən yarım saat söhbət ediblər, bundan sonra ayrı-ayrılıqda Notr-Dam kilsəsinə yollanıblar.
Zelenski və Tramp maşınlarına minməzdən əvvəl əl sıxıblar.
Qeyd edək ki, liderlər Notr-Dam kilsəsinin bərpasından sonra açılış mərasimində iştirak üçün Fransaya səfər ediblər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью