ABŞ gecə saatlarında İranda 20 hədəfə zərbə endirib

10.06.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri çərşənbə gecəsi İrana qarşı həyata keçirilən əməliyyat zamanı 20 hədəfə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Fox News" telekanalı yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbə əməliyyatın detalları barədə əlavə məlumat verməsə də, İranın mümkün cavab hücumu halında ABŞ ordusunun cavab verməyə tam hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump "Fox News"a açıqlamasında İrandakı infrastruktur obyektlərinə — körpülərə və elektrik stansiyalarına — yeni zərbələr endirilməsi barədə göstəriş verməyə yaxın olduğunu demişdi.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью