ABŞ gələn həftə hücum edəcək?

27.05.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Porto Riko valisi Cenifer Qonzalez ABŞ-nin Kubaya mümkün hərbi müdaxiləsi ilə bağlı diqqətçəkən açıqlama verib. 

O, “Gələn həftə Kubaya qarşı hücum planlaşdırılır” ifadəsini işlədib. 

"Cebheinfo.az" xəbər verir ki, Qonzales yerli mediaya açıqlamasında ABŞ ordusunun Kubaya qarşı mümkün əməliyyat hazırlığında olduğunu iddia edib. Onun sözlərinə görə, 3 yanvarda Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilə zamanı Porto Riko ərazisindən istifadə olunub. Vali bildirib ki, ABŞ hazırda Çin, Rusiya və İrana qarşı yeni “soyuq müharibə” siyasəti yürüdür.

O, “Bir neçə gün əvvələ qədər Venesuela ilə müharibənin içində idik, gələn həftə isə Kuba ilə müharibəmiz olacaq”, - deyə vurğulayıb. Bu arada Bruno Rodrigez Parrilla da ABŞ-ni beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdə ittiham edib. 

O bildirib ki, Kubaya qarşı mümkün hərbi hücum əmri verənlər tarixə “müharibə cinayətkarı” kimi düşəcəklər. Hazırda Vaşinqton administrasiyası Qonzalesin səsləndirdiyi iddialarla bağlı rəsmi təsdiq və ya təkzib açıqlaması verməyib. İddialar beynəlxalq mediada və Latın Amerikası ölkələrində geniş rezonans doğurub. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью