Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-yə məxsus “USS Abraham Lincoln” nüvə enerjili aviadaşıyıcısının İranı vura biləcək məsafəyə daxil olub.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, ABŞ-nin məsuliyyət zonasında hava döyüş gücünün yerləşdirilməsi, paylanması və davamlı saxlanılması imkanlarını nümayiş etdirmək məqsədilə çoxgünlük hazırlıq təlimi təşkil ediləcəyini qeyd edib. Bildirilib ki, təlimlərin əsas məqsədi hərbi qüvvələrin yerləşdirilməsi imkanlarını artırmaq, regional tərəfdaşlıqları gücləndirmək və çevik müdaxilə qabiliyyətini sınaqdan keçirməkdir.
Britaniyanın “The Guardian” qəzeti yazıb ki, ABŞ İsrail hərbi hava qüvvələri ilə birlikdə İran rejimini devirmək məqsədi daşıyan hücumu həyata keçirmək üçün kifayət qədər atəş gücünə sahibdir.
"AzPolitika.info"