ABŞ geri çəkildi Avropa Rusiya ilə üz üzə gələcək? | Icma.az
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq. "ABŞ-nin geri çəkilməsi fonunda Avropanın birmənalı şəkildə Rusiya ilə üz-üzə qalmasından,
Bunu Manset.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, Avropa təkbaşına Ukraynaya yardım edə bilməz: "3 illik müharibə tarixinə baxdıqda, edilən yardımların böyük ölçüdə ABŞ-dən gəldiyini görə bilərik.
Yəni ABŞ olmadan Avropanın Kiyevə yardım etməsi elə də real görünmür.
London sammitinə də baxdıqda görürük ki, bunlar hamısı sanki Avropanın da nə isə etdiyi təsirini bağışlamaq üçündür.
İstənilən halda ABŞ-nin bu məsələdə geri çəkilməsi Rusiyanı cəsarətləndirəcək addımdır".
Politoloq bildirib ki, ABŞ-nin Kiyevdən imtina etməsi ifadəsi doğru deyil, sadəcə ABŞ-nin maraqları dəyişib: "Vaşinqton məğlub olacağı bir tərəfdə olmaq istəmir.
Tarixə baxsaq, ABŞ heç bir müharibədə məğlub olmayıb və məğlub olanın yanında durmayıb.
Tam oxu
Xəbəri oxu