ABŞ görüş təklifi etməyib Bəqayi

08.07.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkzib edib.

Sfera.az xəbər verir ki, İran dövlət televiziya və radio şirkətinin yaydığı məlumata görə, Bəqayi bildirib:

“Biz Amerika tərəfi ilə görüş üçün heç bir müraciət almamışıq”.

Xatırladaq ki, Tramp daha əvvəl İranın görüş istədiyini və danışıqların “kağız üzərində nəsə əldə edə bilsəydi, bunun yaxşı olacağını” demişdi. ABŞ Prezidentinin nümayəndəsi Stiven Vitkoff isə ABŞ-İran danışıqlarının gələn həftə baş tutma ehtimalını istisna etməyib.

Fidan Hacızadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью