Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ güclü hərbi qüvvələrini İran ətrafında yerləşdirir.
Bu barədə “Newsweek” nəşri yeni peyk görüntülərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-nin “USS Carl Vinson” təyyarədaşıyan gəmisi Hind okeanına daxil olub.
Qeyd olunur ki, gəminin göndərilməsi ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirmək yolunda mühüm addımdır. Bildirilib ki, Amerika qarşıdakı günlərdə və həftələrdə daha aqressiv yanaşma qərarını göstərə bilər.
Həmçinin qeyd olunur ki, sözügedən təyyarədaşıyan gəmi Hind-Sakit Okean bölgəsində təlimləri başa vurduqdan sonra “regional sabitliyin təşviqi, düşmənçilik addımlarının qarşısının alınması və ticarətin sərbəst axınının qorunması” səylərini davam etdirmək üçün bölgədəki ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) qoşulacaq.
"AzPolitika.info"