ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar... Blinken

05.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.

“Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə, bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsinə hazırlaşır”, – deyə o bildirib.

Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməli, qanunsuz güc tətbiqində günahkar olan məmurlar məsuliyyətə cəlb olunmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью