ABŞ Gürcüstan Hökumətinin Addımlarından Narahatdır

16.01.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Gürcüstan hökumətinin hərəkətlərindən dərin narahatdır.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.

“Gürcüstan hökumətinin öz əhalisinə qarşı repressiyaları, eləcə də demokratik yoldan və daha geniş Avro-Atlantik inteqrasiya yolundan sapması kimi hərəkətləri bizi dərindən narahat edir.

Ona görə də siz bizim tərəfimizdən Gürcüstan hökumətinin üzvlərinə qarşı yeni sanksiyaları, Gürcüstan hökumətinə ayıracağımız yardımın azaldılmasını və onlarla strateji münasibətlərin dayandırılmasını görürsünüz”-deyə Metyu Miller bildirib.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью