ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

05.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

ABŞ hakimiyyəti Haitidən gəldiyi ehtimal olunan və 240 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi komissarı Rodney Skot məlumat verib.

Onun sözlərinə görə, hava patrulu əməkdaşları bu həftə dəniz yolu ilə ABŞ-yə qanunsuz daxil olmağa çalışan 240 Haiti vətəndaşını daşıyan gəmini aşkar ediblər.

Komissar bildirib ki, həddindən artıq yüklənmiş qayığın batmaq təhlükəsi var idi. O vurğulayıb ki, qanunsuz miqrasiya cəhdləri təhlükəlidir və ABŞ-yə giriş zəmanəti vermir.

Daha əvvəl ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsindən bildirilmişdi ki, 2025-ci ilin yanvarından bəri ölkədən 900 mindən çox qanunsuz miqrant deportasiya olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью