ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17.11.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 17 noyabr, AZƏRTAC

ABŞ Federal Aviasiya Administrasiyası yerli vaxtla bazar ertəsi səhər saat 6-dan (Bakı vaxtilə saat 15:00) etibarən ölkə üzrə 40 əsas hava limanında uçuşların azaldılması qərarını ləğv edəcək.

AZƏRTAC-ın məlumatına görə, bununla da aviaşirkətlər normal fəaliyyətlərini bərpa edəcək. Administrasiya bildirib ki, qərar təhlükəsizlik sahəsində və hava hərəkətinin idarə edilməsi ilə bağlı işçilərin sayının azalması tendensiyasına dair ətraflı araşdırmadan sonra verilib.

Qeyd edək ki, qərar şatdaunla əlaqədar noyabrın 7-dən qüvvədə idi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью