ABŞ həbsxanası boşaldıldı Meşə yanğınına görə

11.08.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Kolorado ştatında yerləşən həbsxana ştatın tarixindəki ən böyük meşə yanğınlarından birinə görə boşaldılıb.

Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bununla bağlı Kolorado İslah Departamenti məlumat yayıb.

Məlumata görə, hənbxsanada olan 179 məhbus sağ-salamat çıxarılıb.

Qeyd olunub ki, 167 kvadrat mil (432 kvadrat kilometr) yanmış Li Fire artıq ştat tarixində altıncı ən böyük yanğındır. 1000-dən çox yanğınsöndürən alovla mübarizə aparır.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью