Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ federal hakimiyyət orqanları həftədə üç şəhərdə qeyri-qanuni mühacirlərə qarşı genişmiqyaslı reydlər keçirməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" kanalı məlumat yayıb.
Onların məlumatına görə, əməliyyatın keçiriləcəyi növbəti şəhər Kolorado ştatının Aurora şəhəri olacaq.
Bu həftə Gömrük və Sərhəd Mühafizəsi (ICE) agentləri bazar günü əməliyyatın başladığı Çikaqoda və Nyu-Yorkda həbslər həyata keçirib.
"NBC News"un mənbələri bildiriblər ki, reydlər cümə axşamı Aurorada başlayacaq.
Telekanalın xatırlatdıb ki, bu şəhər Donald Trampın prezidentlik kampaniyası zamanı diqqətini çəkib.
Trampın planları ilə tanış olan mənbələr bildiriblər ki, reydlərə ICE-dən başqa digər agentliklərin əkəkdaşları da cəlb oluna bilər.