ABŞ helikopteri Hörmüzdə Panama gəmisini vurdu

11.08.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ hərbçiləri İran limanlarının dəniz blokadasını yarmağa cəhd edən Panama bayraqlı gəmiyə atəş açıb.

“Qafqazinfo” “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, insident Hörmüz boğazı yaxınlığında qeydə alınıb.

Məlumata görə, İran limanlarını blokadada saxlayan ABŞ ordusunun tələblərinə məhəl qoymayan Panama gəmisinə amerikan hərbi helikopteri tərəfindən atəş açılıb. Xəbərdarlıqlara məhəl qoymayan gəminin sükan mexanizmi hədəfə alınıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Hücumdan dərhal sonra gəmi heyətinin ərazidəki başqa bir mülki gəmiyə keçməyə cəhd etdiyi bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası ABŞ və İsrail gəmilərinin, həmçinin bu ölkələrlə əlaqəli yüklərin Hörmüz boğazından keçidinə qadağa qoyan qanun layihəsini təsdiqləmişdi. İran rəsmiləri Vaşinqton öz təhdidlərinə son qoymayanadək və təzminat ödəməyənədək boğazı açmayacağını bəyan ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью