Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens HƏMAS-ın tərksilah edilməsinin zəruri olduğunu vurğulayıb.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, o sülh prosesi və gələcək istiqamətləri dəyərləndirib.
"Bu, taleyüklü günlərdir və biz oturub Qəzzada sülh planı üzərində birgə işləyə bildiyimiz üçün çox şadıq. Qarşıda çox çətin bir vəzifəmiz var: HƏMAS-ı tərksilah etmək, Qəzzanı yenidən qurmaq, Qəzzada sakinlərin həyatını yaxşılaşdırmaq və HƏMAS-ın İsraildəki dostlarımızı bir daha təhdid etməməsini təmin etmək", - Vens bildirib.
İlahə Qənbərli
Missiya.Az