ABŞ HƏMAS liderinin qardaşını həbsdən azad edib

13.12.2024

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

HƏMAS-ın liderlərindən biri olan Xalid Məşəlin ögey qardaşı Mufid Əbdül Qadir ABŞ-da 16 il sonra həbsdən azad edilib. Bu barədə ərəb mediası məlumat verib.  

2009-cu ildə o, "Müqəddəs Torpağın Yardımı və İnkişafı Fondu" adlı islam xeyriyyə təşkilatının fəaliyyətində iştirakına görə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu təşkilat HƏMAS üçün vəsait toplayırdı. 2001-ci ildə ABŞ hökuməti bu təşkilatı terrorçu təşkilat olaraq tanımışdı.

Məlumatlara görə, Əbdül Qadir həbsxanadan "reabilitasiya mərkəzinə" köçürülüb.

Onun azad edilməsinin israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üzrə mümkün razılaşma ilə bağlı olub-olmadığı hələlik bəlli deyil.

N.Təbrizli


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью