Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Suriya və ABŞ-a məxsus birgə hərbi qüvvələr Palmirə şəhəri yaxınlığında silahlı hücuma məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Məlumata görə,hadisə nəticəsində ABŞ hərbçiləri arasında yaralananlar var.
“Palmirədə baş verən atışma nəticəsində ABŞ və Suriya hərbçiləri arasında yaralananlar olub. Hadisədən sonra ABŞ-a məxsus helikopterlər yaralıların təxliyəsi və onların Et-Tanf bazasına çatdırılması üçün bölgəyə göndərilib”, – deyə xəbərdə bildirilir.
Mənbənin məlumatına əsasən, hücum nəticəsində bir suriyalı hərbçi həlak olub.
Əliyar Xəlil