ABŞ hərbçiləri Nigeriyada

04.02.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

ABŞ bir qrup hərbçisini Nigeriyaya göndərib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) başçısı general Daqvin Anderson bildirib.

Anderson bunun hər iki ölkənin rəhbərliyi arasında bir müddət əvvəl əldə olunan razılaşmadan sonra mümkün olduğunu söyləyib. Məqsəd Qərbi Afrikada terrorizmlə birgə mübarizə aparmaqdır. Komandan Nigeriyaya göndərilən hərbçilərin terrorizmlə mübarizədə xüsusi bacarıqlarının olduğunu da vurğulayıb.

Qeyd edək ki, Nigeriyanın müdafiə naziri Kristofer Musa faktı təsdiqləsə də, əlavə şərh verməyib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью