Icma.az, Bizim media portalına istinadən məlumat verir.
ABŞ ordusu yaxın 4-6 həftə ərzində Ukrayna cəbhəsindəki mövcud şəraiti maksimum dərəcədə simulyasiya edəcək ən azı iki hərbi poliqon qurmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
Məlumata görə, həmin poliqonlarda hərbçilər güclü radioelektron mübarizə (REMB) şəraitində fəaliyyət göstərmək, pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumlarını təşkil etmək və onlara qarşı effektiv mübarizə üsullarını inkişaf etdirmək üzrə təcrübələr keçəcəklər.
Təlim və sınaq proseslərinə həmçinin dron istehsalçıları və onlara qarşı müdafiə sistemlərini hazırlayan özəl tərtibatçılar da cəlb olunacaqlar.
Nəşr qeyd edir ki, Vaşinqton Ukraynadakı müharibənin ABŞ-ın hərbi sənaye kompleksindəki bir sıra zəif nöqtələri üzə çıxardığını etiraf edir. Hazırda ölkəyə uzunmüddətli və tükəndirici müharibələrdə kütləvi şəkildə istifadə edilə biləcək ucuz havadan müdafiə və PUA-ları zərərsizləşdirmə vasitələri olduqca zəruridir.
Bizim.Media