ABŞ hərbçilərinə atəş açan şəxs edam ediləcək

06.10.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinə atəş açan şəxsin güllələnmə ilə edamına razılıq verib.

APA xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Şan Parnell bildirib.

Onun sözlərinə görə, edamla bağlı təklifi müharibə naziri Pit Heqset irəli sürüb və Tramp da bu təklifi qəbul edib.

Qeyd edək ki, Nidal Malik Hasan adlı şəxs 2009-cu ildə Fort Hoodda silahsız ABŞ hərbçilərinə atəş açıb.

Nəticədə 13 nəfər ölüb, 32 nəfər isə xəsarət alıb.

Malik Hasanın özü də keçmiş hərbçi olub

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью