ABŞ hərbçilərinə Qətərdəki bazanı tərk etmək tövsiyə edilib

14.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ öz hərbçilərinə çərşənbə günü axşam saatlarına qədər Qətərdəki "Əl-Udeyd" aviabazasını tərk etməyi tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı çəkilməyən üç amerikalı diplomata istinadən məlumat verib.

"Əl-Udeyd" Yaxın Şərqdə ABŞ-nin ən böyük bazasıdır və burada 10 minə yaxın hərbçi yerləşdirilib. Ötən ilin iyununda ABŞ-nin İrana hava zərbələri endirməsi ərəfəsində heyətin bir hissəsi Yaxın Şərqdəki ABŞ bazalarından köçürülmüşdü. İyunun 23-də isə İran "Əl-Udeyd"ə 6 raket atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью