Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Amerikalı hərbçilərin bir hissəsi Avropadan Qərb yarımkürəsindəki ölkələrə köçürülə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Pit Heqset deyib.
“Biz, şübhəsiz ki, tərəfdaşlarımızla birlikdə Mərkəzi və Cənubi Amerikadakı mövcudluğumuzu genişləndiririk”, - Heqset bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton Ekvador, Honduras, Qvatemala və Panama ilə razılaşmalar əldə edib.
Qeyd olunub ki, bu qərar Donald Tramp administrasiyasının Latın Amerikasında narkokartellərə qarşı kampaniyanı genişləndirməsi ilə əlaqədardır.