Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 5-də Macarıstanda Kroft düşərgəsi yaxınlığında “Saber Guardian 25” təlimlərinə hazırlaşarkən ABŞ-ın 101-ci Hava Desant Diviziyasının hərbçisi qəza nəticəsində həlak olub.
APA xəbər verir ki, bu barədə diviziya komandanlığından məlumat verilib.
Mərhum 101-ci Hava Desant Diviziyasının 2-ci Səyyar Döyüş Briqadasında atıcı kimi xidmət edən çavuş olub.
ABŞ ordusunun məlumatına görə, o, hərbi texnikanın iştirakı ilə baş verən qəza nəticəsində ölümcül yaralanıb.
Əlavə məlumat verilməyib, hadisənin səbəbi araşdırılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.