ABŞ hərbçisi Rusiyaya casusluq ittihamı ilə həbs olunub

07.08.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-da Rusiyaya casusluq etməkdə ittiham olunan hərbçi həbs olunub.

APA ABŞ-ın Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 22 yaşlı Taylor Adam Li M1A2 “Abrams” tanklarının və digər zirehli maşınların komponentləri ilə bağlı məxfi məlumatları Rusiyaya ötürüb.

Sözügedən şəxs iyul ayında Rusiya kəşfiyyatının nümayəndəsi ilə görüşərək yaddaş kartına yüklədiyi məxfi informasiyanı ona təqdim edib.

Li Federal Təhqiqat Bürosunun əks-kəşfiyyat əməliyyatları nəticəsində ifşa edilib.

Hazırda araşdırmalar davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью