Icma.az, Moderator.az saytına istinadən bildirir.
“Gürcüstanın hazırda hamımızın arzuladığı məqsədə çatmaq üçün tarixi şansı var, bu, ABŞ ilə hərbi müqavilənin bağlanması və gələcəkdə Gürcüstanın təhlükəsizliyinin təminatı kimi Amerika hərbi bazasının ölkə ərazisində yerləşdirilməsidir”.
Moderator.az xəbər verir ki, bunu Gürcüstan baş prokurorunun keçmiş müavini David Sakvarelidze deyib.
O bildirib ki, ABŞ yaxın gələcəkdə öz logistika sistemini yenidən qurmağa başlayacaq:
“Gürcüstan kimi ölkə üçün ABŞ ilə birbaşa hərbi müqavilə imzalamaq, iqtisadi əməkdaşlığın genişləndirilməsi, istehsalın ölkəyə köçürülməsi və Amerika hərbi birləşmələrinin burada yerləşdirilməsi sabah Rusiyanın yenidən Gürcüstana hücum edib ölkəni işğal etməsinin qarşısını almaq baxımından böyük arzudur. Bu fürsəti əldən vermək tarixi səhv, ağılsızlıq olardı.
Əlbəttə, İvanişvili buna razı olmayacaq, çünki o, Vladimir Putindən qorxur. Düşünür ki, məsələn, Şarl Mişel ona ballistik raket atmaz, amma Putinin onun sarayını “İskəndər”lə vurar. Buna görə də şəxsi təhlükəsizliyi, iqtisadi-maddi maraqları naminə Putinlə qarşıdurmaya getmək istəmir, nəticədə belə bir sənədə imza atmayacaq”, - Sakvarelidze qeyd edib.