ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqların imkanlarını genişləndirir

03.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələri nüvə sualtı qayıqlarını hava hücumundan müdafiə raketləri ilə silahlandırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "TWZ" portalı məlumat yayıb.

Məlumata görə, sualtı qayıqlardan buraxılan Naval Modular Missile (NMM) zenit raketləri Virginia tipli nüvə sualtı qayıqlarına inteqrasiya oluna bilər.

Nəşr qeyd edir ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlardan buraxılan hava hücumundan müdafiə sistemləri yoxdur.

Bildirilir ki, Vaşinqtonun nüvə sualtı qayıqlarını HHM raketləri ilə təchiz etmək istəyi potensial rəqiblərə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью