ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə desant qrupu göndərib

24.11.2026

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göyərtəsində dəniz piyadaları olan üç böyük desant gəmisindən ibarət ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya-desant qrupu Yaxın Şərq regionu istiqamətində hərəkət edir.

Adalet.az xəbər verir ki, bu, Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarından aydın olur.

Hazırda gəmi qrupu Ərəbistan dənizi bölgəsinə gedərkən yolüstü daxil olduğu Sinqapurda yerləşir.

Onun tərkibinə "USS Makin Island" aviadaşıyıcı universal desant gəmisi və iki desant-helikopter gəmisi "USS John P. Murtha" və "USS Anchorage" daxildir. Onlarda 2,5 min hərbi qulluqçudan ibarət dəniz piyadalarının 13-cü ekspedisiya batalyonu, həmçinin "F-35B" şaquli qalxma və enmə qırıcılarının iki eskadrilyası, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri və desant katerləri yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью